Avstraliya portalı ermənilərin Kəlbəcəri yandırmasından yazdı

Qarabağı tərk edən ermənilər həmin ərazilərdəki evləri yandırırlar.
Qeyd edilir ki, tərəflər arasında əldə edilən sülh razılaşmasına əsasən ermənilər istirahət günlərinədək həmin əraziləri Azərbaycana təhvil verməlidirlər. Xüsusən Kəlbəcər rayonunda yerləşən və separatçılar tərəfindən uzun müddət işğal altında saxlanan kəndlərdə yaşamış ermənilərin Ermənistana qaçmazdan əvvəl evlərə və sosial obyektlərə məhz azərbaycanlılara qalmaması üçün od vurduqları vurğulanır. Bildirilir ki, bu evlərin əksəriyyəti ötən əsrin 90-cı illərində bu ərazilərdən qovulan azərbaycanlılara məxsus olub.
Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş ərazilərin 99 faizinin, evlərlə yanaşı, xəstəxanaların, məktəblərin, tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığını bildirdiyi və buna görə Ermənistanın kompensasiya ödəyəcəyini vurğuladığı qeyd edilir.
Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə toxunularaq, Ermənistan ordusu ilə Azərbaycan Silahlı Qüvvələri arasında döyüşlərin sentyabrın 27-də qızışdığı və altı həftə davam etdiyi qeyd edilir.
Ermənistan rəsmi mənbələrinin noyabrın 14-də bildirdiyinə görə müharibə zamanı 2317 nəfərin həlak olduğu və bu rəqəmin əvvəlki rəsmi məlumatdan təqribən iki dəfə çox olduğu vurğulanır. Rusiya Prezidenti Vladimir Putinə istinadla isə bu rəqəmin 4 mindən artıq olduğu bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























