Bakının bu iki magistral xəttində sürət həddi endirildi

Hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı magistrallarında zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib.
Bu barədə anews.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Qurumdan məlumat verilib ki, məqsəd hərəkət təhlükəsizliyini təmin etməkdir: "Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meterioloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla yanaşmalarını xahiş edirik. Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.
Bunu nəzərə alaraq bildiririk ki, xüsusi ilə bu cür hava şəraitində avtobusların hərəkətinə maksimum dərəcədə şərait yaradılmasının zəruridir".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























