Bakıda sərnişin avtobusu qəza törətdi

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib. APA-nın məlumatına görə, yol qəzası Parlament prospektində, Müdafiə Nazirliyinin binasının qarşısında qeydə alınıb. 10-GR-911 dövlət nömrə nişanlı “Renault” markalı avtomobillə 13 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























