Zahid Oruc türkiyəli parlamentarilərlə Bərdə və Tərtərdə - FOTOLAR

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlu Tərtər və Bərdədə yaşayan şəhid ailələrinə baş çəkiblər.
Görüşdə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı insan hüquqlarının pozulması hallarının araşdırılması məqsədilə Türkiyə Böyük Millət Məclisinin nəzdində yaradılan komissiyanın üzvləri də iştirak ediblər
Onlar şəhidlərin ailə üzvləri ilə söhbət edib, kədərlərinə şərik olublar.
Zahid Oruc bildirib ki, onların övladları müqəddəs amal uğrunda qəhrəmanlıqla vuruşub şəhidlik zirvəsinə ucalıblar və adları, xatirələri hər zaman əziz tutulacaq. Komitə sədri qeyd edib ki, onların şücaəti sayəsində torpaqlarımız işğaldan azad edildi.
Hakan Çavuşoğlu da şəhidlərin ailə üzvlərinə, yaxınlarına baş sağlığı verib, vətən yolunda canlarından keçənlərin əbədi yaşayacaqlarını ifadə edib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























