Məcburi köçkünlərin yarısı işğal altında olan ərazilərdəki evinin açarlarını saxlayıb

Ermənistanın təxribatı nəticəsində 27 sentyabr 2020-ci il tarixdən başlayan və Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı ilə "sülhə məcbur etmə” xarakteri daşıyan müharibə, onun nəticələri ilə bağlı gözləntilər, məcburi köçkün ailələrinin azad edilmiş torpaqlara qayıdış planının, ermənilərə və onlarla birgəyaşayışa münasibəti və son olaraq, müharibə şəraitində Azərbaycan ordusu və dövlətinin xalqla birliyinin vəziyyəti barədə Sosial Tədqiqatlar Mərkəzi sorğu prosesini yekunlaşdırıb.
Nəticələrə görə Məcburi köçkün respondentlərin böyük əksəriyyəti (84.1%) müharibənin son qələbəyədək davam etdirilməsini istəyir. Cəmi 13.2% respondent müəyyən şərtlər altında müxtəlif ssenarilər ola biləcəyinə dair fikirlərini bildirib.
• Sorğuda iştirak edən məcburi köçkün düşdüyü yaşayış yeri işğaldan azad olunan respondentlərin 97.9%-i məcburi köçkün düşdükləri yaşayış yerlərinin (şəhər, qəsəbə, kənd) yaxın gələcəkdə azad olunacağına ümid edir.
• Yaşadıqları ərazi işğaldan azad olunmayan məcburi köçkünlərin mütləq əksəriyyətində də (97.5%) bu ümid var.
Respondentlərin mütləq əksəriyyəti, başqa sözlə 98%-i yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı planlaşdırır.
• Gənc respondentlərin 96%-i işğaldan azad olunan ərazilərə qayıtmağı planlaşdırır.
• Respondentlərin böyük əksəriyyəti, yəni 83.2%-i işğaldan azad olunmuş yurd yerlərinə bütün ailə üzvləri ilə birgə qayıtmağı planlaşdırır.
• Sorğuda iştirak edən məcburi köçkünlərin demək olar ki, hamısı (99%) bildidirib ki, torpaqların azad olunması onlarda nikbinlik və evə qayıtmaq əhval-ruhiyyəsi yaradıb.
• Respondentlərin yarısı (51.1%) işğal altında olan ərazilərdəki evinin açarlarını/sənədlərini saxlamaqdadır. 48.9% isə saxlamayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























