• $
  • €
  • ₽
  • ₺
  • £

Yol Polisindən yağışlı hava ilə bağlı XƏBƏRDARLIQ

Yol Polisindən yağışlı hava ilə bağlı XƏBƏRDARLIQ
17.11.2020 12:54
"Yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çox olduğundan bu, yol-nəqliyyat hadisəsinin baş verməsini qaçılmaz edir. Bu baxımdan, avtomobil sürücülərindən xahiş edirik ki, digər günlərə nisbətən daha diqqətli olsunlar, sürət həddini minimuma endirsinlər, ara məsafəsini normadan artıq saxlasınlar”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Bildirilib ki, hazırkı hava şəraitini nəzərə alaraq, havaların yağışlı və çiskinli olması, paytaxtın bəzi küçə və prospektlərində gölməçələrin yaranmasına səbəb olub:

"Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına artıq məlumat verilib. Bununla yanaşı həmin ərazilərdə nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətini təşkil edilməsi üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən gücləndirilimiş iş rejimində xidmət təşkil  edilib.

Eyni zamanda, sürücülər belə hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, avtomobilin şüşəsilənlərini, təkərlərin mövsümi şəraitə uyğun təmin edilməsini və işıq cihazlarının saz vəziyyətdə olmasına eləcədə nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət etməlidirlər”, - deyə xəbərdarlıqda qeyd olunub.

Eyni zamanda, sürücülərin avtomobil yollarında yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı insanları nəzərə almaları tövsiyə olunur. Çünki yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır. Ona görə də sürücülər diqqətli olmalıdırlar.

Piyadalardan isə mövcud vəziyyəti nəzərə alaraq ancaq səki ilə hərəkət etmələri, avtomobil yollarına çıxmamaları tövsiyə edir.

Xatırladaq ki, bu işdə Fövqəladə Hallar Nazirliyinin müvafiq idarələrinin əməkdaşları da Dövlət Yol Polisinin əməkdaşlarına köməklik göstəriblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol