• $
  • €
  • ₽
  • ₺
  • £

Laçında yaşayan erməni: "Heç hara getməyəcəm"

Laçında yaşayan erməni: "Heç hara getməyəcəm"
17.11.2020 16:55
Rusiyalı sülhməramlılarla Xankəndidə görüşdüm. Bura da gəlmişdilər. Yemək təklif etdim, götürmədilər. Dedilər ki hər şeyləri var. Dünən gecə döşək və qazan istədilər. Verdim, minnətdarlıq etdilər.

Anews.az Milli.Az-a istinadən xəbər verir ki, Laçın rayonunda yaşayan erməni Gegam Harutyunyan Sputnik Armenia-nın reportyoru ilə söhbətində belə deyib.

G. Harutyunyanın sözlərinə görə, 1991-ci ildə Laçına köçüb. İndi də oranı tərk etmək niyyətində deyil.

"Hara gedim ikinci dəfə? Yox. İstəmirəm, getməyəcəm. Ruslar qalsalar, qalacağıq. Getsələr də, qalacam. Azərbaycanlılarla birgə yaşamağa cəhd göstərəcəyəm. Başqa çarə yoxdur", - G.Harutyunyan deyib.

Müsahibə əsnasında Sputnik-in reportyoru "azərbaycanlılar" kəlməsi işlətmir - erməni təbliğatı onun beyninə işləyib. Bu səbəbdən də reportyor "Onlarla birlikdə yaşaya biləcəksiniz?" deyir.

Gegamın cavabı, deyəsən, onu elə şoka salıb ki, müsahibə dərhal başa çatıb.

Gegam Harutyunyanın açıqlaması Ermənistan üçün sensasiya sayıla bilər.

Son 30 il ərzində erməni cəmiyyətinin anti-Azərbaycan təbliğatı ilə necə "bəslənməsi"nin şahidiyik. Sosial şəbəkələrdə, YouTube-da Azərbaycana həsr olunmuş bütün profil və kanallara daraşan ermənlərin bir məqsədi vardı - təhqir, söyüş, tərbiyəsizlik. Elə bir nifrət vardı ki, bu xalqa yazığın gəlirdi, sadəcə.İndisə kadrda adi kəndlidir. O, "Böyük Ermənistan", "Miausm" və ermənilərin beynini zəhərləyən digər sarsaq ideyalardan çox uzaqdır. Sadəcə, yaşadığı yerdə yaşamaq istəyir və "soyqırım" nağıllarına, "Böyük Ermənistan"a tüpürmək belə, istəmir.

Maraqlıdır, daşnaklar bu "satqın"ı artıq hədəfə alıblar? ASALA növbəti "qisas" üçün pul ayırıb, İrəvan meriyası yeni "qəhrəman terrorçu"nun heykəlinə yer hazırlayıb?

Laçında yaşayan Gegam Harutyunyanı nə gözləyir? Azərbaycanlılar onu xilas edə biləcəkmi?

1 dekabra, işğalçıların Laçını tam tərk etməsi üçün ayrılmış vaxtın son gününə hələ xeyli var...

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol