771 müəllimin iş yeri dəyişdirilə bilər

Ümumi təhsil müəssisələri və peşə liseylərində hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi üzrə müsabiqəyə elektron ərizələrin qəbulu başa çatıb.
Təhsil Nazirliyindən ANN.Az-a verilən məlumata görə, yerdəyişmə üçün 1149 müəllim müraciət edi b. Onlardan 771 nəfərinin ərizəsi təsdiqlənərək müsabiqəyə buraxılıb. Müsabiqə iyunun 17-dən 23-dək keçiriləcək.
İyunun 17-də Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə iş yerini dəyişmək istəyən müəllimlər üçün müsabiqə keçirilib. Müsabiqənin birinci mərhələsində müəllimlərin ixtisas üzrə bilik və bacarıqları, metodiki bilikləri, ikinci mərhələdə isə təhsil sahəsində məlumatlılıq, dünyagörüşü və şəxsi keyfiyyətlər qiymətləndirilib. Birinci mərhələdə iştirak etmiş 57 namizəddən 24-ü ikinci mərhələyə buraxılıb. İki mərhələnin nəticəsinə görə, ən yüksək bal toplamış 13 müəllim seçdiyi vakant yerə iş yerini dəyimək hüququ qazanıb.
İyunun 19-da ingilis dili və informatika, iyunun 20-də biologiya, coğrafiya, kimya, iyunun 21-də fizika, tarix, iyunun 23-də riyaziyyat, rus dili, alman dili, əmək hazırlığı (texnologiya), fiziki tərbiyə, musiqi, təsviri incəsənət müəllimləri üçün yerdəyişmə üzrə müsabiqə keçiriləcək.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























