• $
  • €
  • ₽
  • ₺
  • £

Polis “mavilərdən” şikayətlənən sakinlərə cavab verdi

Polis “mavilərdən” şikayətlənən sakinlərə cavab verdi
28.05.2020 21:34
Sakinlərin haqlı narazılıqları, narahatlıqları başadüşüləndir. Lakin bununla belə bildirmək istərdim ki, onların müraciətlərində göstərdikləri ünvanlar daimi nəzarətdədir və Yasamal RPİ-nin əməkdaşları tərəfindən  mütəmadi olaraq oralarda reydlər keçirilir.Oxu.Az xəbər verir ki, bunu Yasamal payon sakinlərindən bir qrupunun Prezident Adminstrasiyasına və rayonun İcra Hakimiyyətinə ünvanladıqları müraciətdə vətəndaşları narahat edən məsələlərə münasibət bildirən DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov bildirib.E.Zahidov vurğulayıb ki, görülən tədbirlər nəticəsində öz hərəkətləri və davranışları ilə sakinlərin narazılıqlarına səbəb olan onlarla şəxs barəsində  inzibati tədbir görülüb,, hətta bir neçəsi konkret fakta görə cinayət məsuliyyətinə cəlb edilib. “Yəni demək istəyirəm ki, belə müraciətlər olsa da, olmasa da  qeyd edilən küçələrdə polis əməkdaşları öz xidməti vəzifələrini həmişə fasiləsiz olaraq həyata keçirib, ardıcıl olaraq reyidlər təşkil edib. Vətəndaşlarımız əmin ola bilərlər ki, bu tədbirlər daimidir və bundan sonra da davam etdiriləcəkdir”.Qeyd edək ki, bu gün Yasamal rayonu 3168-ci məhəllə, Moskva prospekti 73A binasının sakinləri Prezident Administrasiyası və yerli İcra Hakimiyyətinə ünvanladıqları müraciətlərində bildirmişdilər ki, yay mövsümünün gəlişi ilə əlaqədar cinsi azlıqlar hər gecə onların yaşadığı əraziyə toplaşır:“Onlar Alatava qəsəbəsi istiqamətindən başlayaraq metronun “20 yanvar” stansiyası istiqamətinə qədər toplaşaraq pulla cinsi əlaqə təklif edirlər. Təkliflərini də ərazidə gerçəkləşdirirlər”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol