• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda unikal əməliyyat

Bakıda unikal əməliyyat
18.06.2014 17:16
Tibb Universitetinin həkimləri unikal bir əməliyyat icra ediblər.

Universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanovanın ANS PRESS-ə verdiyi məlumata görə, Tədris Cərrahiyyə Klinikasında texniki baxımdan çox mürəkkəb olan mikrocərrahiyyə əməliyyatı sayəsində 6 yaşlı oğlanın qolu kəsilməkdən xilas edilib.Qeyd edək ki, Quba rayonundan olan 6 yaşlı Tanrıverdi Allahverdiyev yelləncəkdən yıxılıb. O, yıxılarkən dirsəyinin üstünə düşüb. Dirsək sümüyü tam sınıb və dərini deşərək bayıra çıxıb. Uşaq ağır vəziyyətdə Tədris Cərrahiyyə Klinikasına gətirilib və əməliyyata alınıb.Əməliyyat mikrocərrahiyyə sahəsində iki tanınmış mütəxəssis - ürək-damar cərrahı Mirəli Məcidov və tibb elmləri namizədi Nəsir Cəfərli tərəfindən aparılıb. Bundan sonra daha ağır əməliyyat da lazım olub.Mirəli Məcidov bildirib ki, uşaq ATU-nun Tədris Cərrahiyyə Klinikasına “Sol bazu kondilusunun qapalı sınığı” diaqnozu ilə daxil olub.“Əməliyyat zamanı sınıq sümük bərpa olundu. Lakin 5-6 saat sonra bəlli oldu ki, uşağın sol əlində nəbz itib, işemiya əlamətləri başlayıb, sağ qolla müqayisədə sol qolda hərəkət çətinləşib”, - deyə Mirəli Məcidov vurğulayıb.Doppler müayinəsi zamanı bəlli olub ki, sol qolda qan yalnız dirsəyin ortasına kimi gedir, qan aşağı hissəyə işləmir. M.Məcidov bildirib ki, damar trombozu uşağın qolunun kəsilməsilə nəticələnə bilərdi: “Böyüklərdən fərqli olaraq, uşaqların damarları incə olur. 2 mm qalınlığında damarlardır. Adətən belə hallarda böyük xəstələrdə protezlərdən istifadə edirdik. Uşaqlarda belə imkan olmur. Ona görə təcili olaraq uşağı yenidən əməliyyata götürdük”. ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol