Şamaxıya qar yağıb, yollar buz bağlayacaq

Bu gün Şamaxı rayonuna qar yağıb.
Ən çox qar rayonun Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəhli, Sis və Dəmirçi kəndlərinə düşüb. Kənd sakinlərinin sözlərinə görə, qar əkin sahəsinə müsbət təsir edəcək. Yağan qar məhsuldarlıqla yanaşı, taxıl sahələrində yuva quran zərərvercilərin kütləvi qırılmasına səbəb olacaq.
Səhər saat 5 radələrindən etibarən Şamaxı-Pirqulu avtomobil yolunda qarın təmizlənməsi işlərinə start verilib. Texinikalar vasitəsi ilə yol təmizlənib. Yola qum-duz qarışığı tökülüb.
Hazırda magistral və kənd yollarında hərəkət normaldır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























