• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ qazisindən rüşvət alan direktorla bağlı YENİ XƏBƏR

Qarabağ qazisindən rüşvət alan direktorla bağlı YENİ XƏBƏR
19.11.2020 20:45
Qarabağ qazisindən 1200 manat rüşvət alan Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filial direktoru Dəmirov Fərhad Ağamurad oğlu şərti azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

Binəqədi rayon Məhkəməsində baş tutacaq prosesə hakim Vüqar Məmmədov sədrlik edəcək.

Qeyd edək ki, Qarabağ qazisi Asif Məlikov 1994-cü ildə Ağdamın Güllücə kəndi yaxınlığında gedən döyüşlərdə yaralanıb. 2003-cü ildə Müdafiə Nazirliyinin həkim komissiyasının qərarına əsasən, ona hərbi travma alması barədə rəy verilib. Aparılmış araşdırmalarla A.Məlikova 6600 manat sığorta ödənişi edilməsi haqqında Nəsimi rayon Məhkəməsinin qərarını icra etmək üçün Xaçmaz rayon filial direktoru F.Dəmirovun baş mütəxəssis Şəhriyar Qeybullayev vasitəsilə ondan 1200 manat rüşvət alması müəyyən edilib.
 
Toplanmış material üzrə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Fərhad Dəmirov və Şəhriyar Qeybullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.(Lent.az)
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol