Sabaha olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə noyabrın 21-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 21-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Xəbərdarlıq
Noyabrın 23-ü gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























