• $
  • €
  • ₽
  • ₺
  • £

Xankəndində qurumlararası humanitar mərkəz fəaliyyətə başladı

Xankəndində qurumlararası humanitar mərkəz fəaliyyətə başladı
20.11.2020 14:54
Xankəndindəki Qurumlararası Humanitar Yardım Mərkəzi tam şəkildə fəaliyyətə başlayıb.

Anews.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzinin rəhbəri general-polkovnik Mixail Mizintsev bildirib.
Mərkəzin əsas vəzifələri daimi yaşayış yerlərini tərk etmiş vətəndaşların geri qaytarılması, mülki infrastrukturun bərpasına kömək və əhalinin normal həyatı üçün şəraitin yaradılması, Rusiya dövlət orqanlarının və təşkilatlarının hərbi əməliyyatların aparıldığı ərazilərin sakinlərinə humanitar yardım göstərilməsi üçün fəaliyyətlərinin koordinasiyasıdır.

Mərkəz həmçinin Azərbaycan və Ermənistanın dövlət qurumlarına beynəlxalq humanitar təşkilatlarla qarşılıqlı əlaqələrin təşkilində yardım edəcək.

"Mərkəzin əsası digər federal icra orqanlarının cəlb edilməsi ilə Müdafiə Nazirliyinin bölmələrindən ibarətdir”, - Mizintsev deyib.

Noyabrın 19-da Qarabağda humanitar məsələlərin həlli üçün daha 5 mərkəz yaradıldığı elan edilib.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzalayıblar. Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağda tam atəşkəs qüvvəyə minib.

Atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Dağlıq Qarabağ münaqişəsi zonasında 1 960 hərbçi, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika miqdarında Rusiyanın sülhməramlı kontingenti yerləşdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol