AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru dəyişdirildi

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarova vəzifəsindən azad olunub, bu haqda qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında elan olunub.
İclasın gündəliyinə çıxarılan məsələlərdən biri də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) aparılan yoxlamanın nəticələri və MEK-in direktoru Sevil Zülfüqarovanın kütləvi informasiya vasitələrində yayımlanmış plagiat məqalələri haqqında olub.
Mövzular ətrafında müvafiq arayışlar səsləndirilib. MEK-in idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Rəyasət Heyətinin qərarı ilə Sevil Zülfüqarova MEK-in direktoru vəzifəsindən azad olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























