• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda təhlükəli virus yayılıb

Azərbaycanda təhlükəli virus yayılıb
18.06.2014 13:13
Professor Adil Qeybulla: “Hələlik nə Səhiyyə Nazirliyinin, nə Ümumdünya Səhiyyə Təşkilatının konkret bir açıqlaması yoxdur”
Ölkəmizdə mənşəyi bəlli olmayan təhlükəli virus yayılıb. Yüksək hərarət, baş, qarın ağrısı, baş gicəllənməsi, iştahsızlıqla müşayiət olunan xəstəlik səbəbindən son bir neçə gündə tibb müəssisələrinə müraciət edənlərin sayı dəfələrlə çoxalıb. Ancaq həkimlər özləri də etiraf edirlər ki, onlar bu virusun qarşısının alınmasında acizdirlər və xəstəliyin qısa müddətdə aradan qaldırılması mümkün deyil. Səhiyyə işçiləri bu virusu “Hava virusu” adlandırırlar və yaş kateqoriyasından asılı olmayaraq insanların hava infeksiyası ilə yoluxduğunu deyirlər.
Tibb işçiləri hesab edirlər ki, ölüm riski yaradan bu virusla bağlı əslində “SOS” siqnalı çalınmalı və karantin elan olunmalıdır. Lakin nədənsə Səhiyyə Nazirliyi bu virusun yayılması ilə bağlı susmağa üstünlük verir.
Professor Adil Qeybulla yayılan virusun kifayət qədər təhlükəli olduğu qənaətindədir. Onun sözlərinə görə, 15-ə yaxın xəstəliklərə yoluxma halında yuxarı tənəffüs yollarında mikroblar şəklində qalır və müqavimət həddən artıq aşağı düşdükdə onlar fəallaşa bilir: “Bu da yuxarı tənəffüs yollarında zökəm əlamətləri ilə, yəni asqıraq, burunun axması, temperaturun artması qripşəkilli əlamətlərlə gedən xəstəlik kimi təzahür edir. Buna kəskin respirator xəstəlik deyilir. 
Biz də bir neçə belə xəstə müşahidə etmişik, onlarda yüksək temperatur, boğazın ağrıması, boğaz badamlarının şişməsi müşahidə olunur. Ancaq hələlik nə Səhiyyə Nazirliyinin, nə Ümumdünya Səhiyyə Təşkilatının konkret bir açıqlaması yoxdur. Ona görə də ümumi soyuqdəymə tipində xəstəliklərdə aparılan müalicələr burada da aparılır”. A.Qeybulla qeyd etdi ki, xəstənin vəziyyətini yüngülləşdirmək üçün antibakterial terapiya aparılır: “Bu addımlar atılır ki, infeksiyanı dərinləşdirməsin, bədəni gücləndirən müalicələr venadaxili infuziya şəklində orqanizmə verilir. Bütün bunların nəticəsində xəstədə xeyli irəliləyiş müşahidə olunur”. Professor dedi ki, hələlik ölüm faktı ilə bağlı məlumat yoxdur: “Amma situasiya kifayət qədər təzədir. Hesab edirəm ki, bir müddət sonra ortada konkret dəlillər olacaq”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə bildirdi ki, məsələ ilə bağlı infeksioloqlarla birgə araşdırma aparıldıqdan sonra bu barədə açıqlama veriləcək.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol