• $
  • €
  • ₽
  • ₺
  • £

Ən bahalı saatı hansı prezident taxır? - Siyahı

Ən bahalı saatı hansı prezident taxır? - Siyahı
18.06.2014 11:55

Vaxt qızıldan qiymətlidir deyirlər. Dövlər başçılarının vaxtı isə daha dəyərlidir. Siyasi liderlərin vaxtsız verdiyi hökmlər planeti çalxalaya biləcək hadisələrə səbəb ola bilər. Bu baxından qərarları vaxtında vermək, siyasi maraqları gerçəkləşdirmək üçün münasib zamanı gözləmək olduqca önəmli şərtdir. Bəs liderlər zamanı hansı saatla izləyirlər, prezidentlər hansı saat brendlərinə daha çox üstünlük verirlər? 

ANN.Az xəbər verir ki, modern.az saytı siyasi liderlərin bu marağını araşdırmağa çalışıb.

Azərbaycan Prezidenti İlham Əliyev adi metaldan hazırlanmış, qiyməti baha olmayan sadə saat bağlayır. Yerli kütləvi informasiya vasitələrinin birində prezident İlham Əliyevin bahalı qol saatı taxdığı ilə bağlı yanlış informasiya dərc olunanda prezidentin mətbuat xidməti məsələ ilə bağlı açıqlama verərək bildirib ki, İlham Əliyev təbiətcə təvazökar və sadə olduğuna görə həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir. Bağladığı qol saatı adi metaldan hazırlanmış, bahalı olmayan sadə saatdır.

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama da sadə saatlara üstünlük verir. Sıravi amerikalılardan seçilmək istəməyən Amerika prezidenti idman üslubunda olan “Jorg Gray 6500” saatı ilə vaxtı izləyir. Bu saatların qiyməti 200-300 dollar arasındadır.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin saat brendlərinə münasibətdə siyasi həmkarlarından fərqlənir. Putin öz dəyərli vaxtını qiyməti 60000 dollar olan ağ qızıldan hazırlanmış “Patek Philippe Perpetual Calendar” saatı ilə izləyir.

Belarus prezidenti Aleksandr Lukaşenkonun saat seçimində zövqü heç də pis deyil. Lukaşenko qiyməti 11000-dən 17000 dollar arasında dəyişən “Patek Philippe Calatrava 5120j” saatına üstünlük verir.

Sabiq prezident, hazırda Rusiyanın baş naziri olan Dmitri Medvedev də qızıldan dəyərli vaxtını bahalı saatla izləməyə qərar verib. Baş nazirin bağladığı “Breguet Classique” saatının qiyməti 32000 min dollardır.

2011-ci ildən Şimali Koreyada liderliyi ələ alan Kim Çen In öz vaxtına “Omeqa De Ville” saatı ilə nəzarət edir. Bu saatların qiyməti 10000 dollardan başlayır.

Svazilenda kralı 3-cü Mvazi böyük saat kolleksiyasına malikdir. Kral daha çox “Hublot Big Bang” saatına üstünlük verir. Nəzərə alsaq ki, 13 arvadı olan kral hər xanımına bu bahalı saat brendindən hədiyyə edib, onda xərclənən vəsaiti müəyyənlədirmək çətin olar.

Vaxtın dəyərini saatın qiyməti ilə ölçməyən Polşa prezidenti Bronislav Komorovski baha olmayan sadə saatlara üstünlük verir. Polşa prezidentinin saatının qiyməti cəmisi 220 dollardır.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev dəyərli vaxtına dəyərli saatla nəzarət edir. Prezidentin daha çox üstünlük verdiyi “Breguet Classique” saatının qiyməti 50000 dollardan başlayır.

Sarkozidən fərqli olaraq Fransa prezidenti Fransua Ollandın zaman göstəricisi olan “Swatch” saatının qiyməti ucuzdur – cəmi 120 avrodur.

Ukraynanın sabiq prezidenti, dəbdəbəli həyat tərzini sevən Viktor Yanukoviç sona çatmayan qalmaqallı prezidentlik dövrünü 8000 dollar qiyməti olan “Blancpain” saatı ilə izləyib. Yanukoviçin digər bir saatı isə məxsusi olaraq hazırlanıb. Həmin saatın içərisində Regionlar Partiyasının loqotipi əks olunub. Ukrayna mətbuatının yazdığına görə, bu saatın hazırlanmasına külli miqdarda vəsait - 160000 dollar sərf olunub.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol