Karantini pozan taksi sürücüləri cərimələndi

Göygöl rayonunda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə keçirilən reyd zamanı cərimələnənlər olub.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Anews.az-a verilən məlumata görə, Göygöl RPŞ əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyyə edirlər.
Reyd zamanı xüsusi karantin rejimin tələblərinə biganə yanaşan sakinlər barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb. Bundan başqa rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan, lakin xüsusi karantin rejiminin tələblərinə cavab verməyən avtomobillərin sahibləri də inzibati məsuliyyətə cəlb olunublar.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib