• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan tibbi maska ixracına hazırlaşır

Azərbaycan tibbi maska ixracına hazırlaşır
24.11.2020 23:30
"Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC-nin tibbi maska istehsalı müəssisəsi bir neçə müddət bundan əvvəl tibbi maskalarını sata bilmirdi. Ehtiyatda 7 mln ədəd tibbi maska qalmışdı, lakin hazırda ehtiyatda olan maskaların sayı 3 mln-a enib. Tibbi maskalarımızın satışında 50 %-dən çox artım var”.


Bu barədə Anews.az-a şirkətin rəhbəri Səkinə Babayeva bildirib.


Onun sözlərinə görə, müəssisədə hazırda istehsal prosesi davam edir: "Əməkdaşlarımız tibbi maska istehsal etməyə davam edirlər. Lakin biz ölkənin tibbi maskaya olan təlabatı artdığı üçün ehtiyat yığmağa çalışırıq. Bizim müəssisədə antibakterial tibbi maskalar istehsal olunur, onların satış qiyməti 0,12-0,17 qəpik arasıdır. Lakin bununla belə işbazlar ölkəyə bundan da ucuz maska gətirirlər. Təbii ki, bu, tibbi maskalar deyil, çünki onların qoruyucu effekti yoxdur”.


S.Babayeva ixracla bağlı məsələyə də münasibət bildirib: "İsveçrədə tibbi maskaların gigiyenik və tam olaraq steril olmasını sübüt edən sertifikat almaq üçün müraciət etmişik. Biz bununla əlaqədar birinci mərhələdən keçmişik, artıq ikinci mərhələdəyik. Qarşı tərəf bildirir ki, tibbi maskanın özündə heç bir problem aşkarlanmayıb. Hazırda isə qablaşdırma prosesinə baxış keçirilir. Yaxın günlərdə biz beynəlxalq sertifikat əldə edəcəyik. Bu sertifikat bizim xaricə məhsulumuzu satmağa imkan verəcək. İxracla bağlı müəssisəmizə müraciət edən ölkələrdə var. Beynəlxalq sertifikatı aldıqdan sonra ixraca başlayacağıq”.


Qeyd edək ki, bu ilin aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub. İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol