• $
  • €
  • ₽
  • ₺
  • £

“Qalatasaray” azərbaycanlı şəhidin məzarını ziyarət edəcək - FOTO

“Qalatasaray” azərbaycanlı şəhidin məzarını ziyarət edəcək - FOTO
24.11.2020 15:50
Sentyabrın 28-də Daşkəsən istiqamətində şəhid olmuş kapitan Fərid Dursunovun Qaxın Qorağan kəndindəki məzarı üzərində Azərbaycan bayrağı ilə yanaşı, Türkiyənin "Qalatasaray” klubuna məxsus bayrağın olması xəbəri sosial mediada sürətlə yayılıb.

Artıq bu məsələ "Qalatasaray” klubunun diqqətinə çatdırılıb. "Qalatasaray” klubu şəhidimizin məzarını ziyarət edəcək. Bu barədə "CBC Sport”un şərhçisi Gündüz Abbaszadə "Facebook” paylaşımında bildirib:

"Qalatasaray”ın növbəti oyunlarından birində stadionda şəhidimiz Murad səs yazısı (Murad Məmmədovun bu kluba olan sevgisini bildirən səsyazısı yayılmışdı - S.M.) dinlənəcək, Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Ailəsi "Qalatasaray”ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək.
"Qalatasaray” prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq, göndərdik. Bununla yanaşı Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm ruhları şaddır!”

Qeyd edək ki, Fərid Dursunovun atası Fazil Dursunovun azvision.az saytına verdiyi açıqlamaya görə, bayrağı məzarın üzərinə şəhidin Zaqataladan olan dostları taxıblar. Onlar Fəridin "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray”ımın bayrağını da asarsınız” vəsiyyətini icra ediblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol