Gün eynəyini necə seçək?

Gün eynəyi yayın əsas aksesuarlarından biridir. Həkimlər isti günlərdə eynəklərin sağlamlıq üçün labüd olduğunu deyirlər. Yayda gün eynəyi alarkən nəyə diqqət etmək lazımdır? Hər küçədə, keçiddə satılan ucuz eynəklər ultrabənövşəyi şüaları əks etdirən xüsusi örtüyə malik deyillər. Bu çox təhlükəli vəziyyətdir. Eynək alarkən onların keyfiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Rəngİndi istənilən rəngdə eynək almaq mümkündür - göy,qara, bənövşəyi, sarı. Amma dünyaya qırmızı şüşədən baxmaq məsləhət deyil. Gözlər üçün ən yaxşı rəng qəhvəyi, sarı və yaşıldır. ÖlçüEynək nə qədər böyük olsa bir o qədər yaxşıdır. Onlar həm dəblidir, həm də gündən yaxşı qoruyur. Əgər linza varsa...Əgər siz linzadan istifadə edirsinizsə, mütləq eynəkdən istifadə etməlisiniz ki, linzalar qurumasın. Xamelyon eynək Onların şüşələri işıqdan asılı olaraq dəyişir. İçəridə şəffaf, çöldə isə tünd olurlar. Unutmayın ki, onların rəngi bir anın içində dəyişmir. Günəş altına çıxan kimi bir müddət gözləriniz müdafiəsiz qalır. Uşaqlar Əgər uşaqların görmə qabiliyyəti aşağıdırsa, onlara gün eynəyi taxmaq olmaz. Gözlər normaldırsa, onları mütləq qorumaq lazımdır. Üz tipinə uyğun eynəyi necə seçməli?Yumru üzBelə üzə sahib olanlar yumru və ya oval gözlük seçməməlidir. Ovalİstədiyiniz bütün formalarda çərcivələrdən istifadə edə bilərsiniz. Ürək forma Pilot, pişik gözü formasında eynəklər sizə yaraşacaq. DördküncYuvarlaq, incə çərcivəli eynəklər sizin üçündür. Böyük formalı gözləri seçə bilərsiniz. //Anspress
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























