• $
  • €
  • ₽
  • ₺
  • £

İşçilərə telefon qadağası - Azərbaycanda

İşçilərə telefon qadağası - Azərbaycanda
17.06.2014 22:27
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) “Neft Daşları”nda çalışan işçilərinə telefon qadağası qoyulub. Bu məlumatı virtualaz.org saytına “Neft Daşları”nda çalışan neftçilər verib.Onların sözlərinə görə, bu qadağaya səbəb isə “Neft Daşları” adasında işləyən fəhlələrin adada olan nöqsanları, fəhlələrin iş vaxtı təhlükəsizliklərinin təmin olunmamasını əks etdirən foto və videogörüntülərin bir neçə dəfə sosial şəbəkələrdə yerləşdirməsi və mətbuata ötürməsi olub. Bundan sonra fəhlələrə işə telefonla çıxmaq qadağan edilib.“İşə çıxarkən hər kəsdən telefonunu öz otağında qoyması tələb olunur. Əgər kimsə iş vaxtı telefon götürərsə, maaşının 25 faizi tutulur. Telefon qadağasının əvvəllər də olduğu eşitmişdik. Ancaq bu, bizdən tələb olunmurdu. Son bir-iki aydır ki, telefon qadağasına ciddi nəzarət edilir. Rəislər bizə deyirlər yuxarıdan göstəriş verilib ki, iş vaxtı heç kim telefon götürməsin. Rəislərə irad da tutublar. Deyiblər ki, sizin fəhlələr iş  görməyə gedir, yoxsa şəkil çəkməyə. Deyiblər neftçilər işdə olan nöqsanları çəkib Youtube və facebooka qoyurlar. Bunu bizə deyəndən sonra artıq heç kim işə telefonla çıxmır. Telefonları otağımıza qoyub işə gedirik” - deyə “Neft Daşları”nın işçiləri bildirdi.Xatırladaq ki, dənizdə çalışan neftçilərin həyatının təhlükəsizlik qaydalarına əməl edilməməsi üzündən təhlükədə olmasını əks etdirən foto və videogörüntülər sosial şəbəkələrdə və mətbuatda dəfələrlə yer alıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol