• $
  • €
  • ₽
  • ₺
  • £

İsmayıllıda gərginlik

İsmayıllıda gərginlik
17.06.2014 17:47
İsmayıllı rayonunun Zərnava kəndindəki sürüşmə sahəsində gərginlik davam edir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama  Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında deyib ki, sürüşmə sahəsində hələ də aktivləşmə gedir. Ərazidə ümumi aktivləşmənin olduğunu deyən S.Əmiraslanov qeyd edib ki, sürüşmə sahəsində genişlənmələr var. Onun sözlərinə görə, kəndə giriş yolu hələ də bağlıdır. Kəndə giriş-çıxış üçün müvəqqəti olaraq digər kəndlərdəki yollardan istifadə olunur: “Kəndə giriş yolunun 500 metr hissəsi tam yoxdur. Buna görə başqa alternativ yoldan istifadə edilir. Sürüşmə sahəsi hazırda aktiv vəziyyətdədir. Sürüşmənin üzərində olan çatlar su ilə doludur, bir hissəsində sular bulaqlar şəklində görünür, gölməçələr yaranıb. Bu da sürüşmənin aktiv vəziyyətdə olmasını göstərir”. S.Əmiraslanov ərazidə hansı tədbirlərin görülməsinə də münasibət bildirib. O qeyd edib ki, sürüşmə sahəsində hər hansı tədbir görülməzdən öncə ərazidə tədqiqat işləri aparılmalıdır: “Bunun üçün də sürüşmənin nisbətən stabilləşməsini gözləyirik. Bu isə hələlik mümkün deyil və ərazidə aktivləşmə davam edir”. Qeyd edək ki, mayın 28-də və 29-da İsmayıllı rayonun Zərnava kəndinə yağan leysan yağışlar və dolu nəticəsində kəndin giriş yolunda sürüşmə qeydə alınıb. Sürüşmə nəticəsində kəndə giriş yolu tamamilə sıradan çıxıb və bağlanıb. Mayın 29-dan bu günə kimi həmin sürüşmə sahəsində aktivləşmə müşahidə olunur.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol