Bakıda mindən çox müəllim Sınaq Qiymətləndirmədə iştirak etməyib

Bu ildən Azərbaycanda ilk dəfə olaraq Bakıda çalışan müəllimlər üçün keçirilən Sınaq Qiymətləndirmədə mindən çox müəllim iştirak etməyib.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva APA-ya açıqlamasında bildirib ki, 10-13 iyun tarixlərində keçirilən imtahanlarda paytaxt üzrə ümumilikdə 357 məktəbin 30 072 müəlliminin iştirakı gözlənilirdi. Onun sözlərinə görə, 4 gün ərzində keçirilən imtahanlarda Bakı şəhərində fəaliyyət göstərən 357 dövlət ümumtəhsil müəssisələrində çalışan 29 minə qədər müəllim iştirak edib, 1072 müəllim isə bu imtahanlara qatılmayıb: “Hazırda təhsil idarəsində müvafiq araşdırmalar və cavab kartlarının emalı aparılır. Təhlillər başa çatdıqdan sonra onların hansı səbəbdən imtahanlarda iştirak etməməsi məlum olacaq. Nəticələr açıqlandıqdan sonra həmin müəllimlər üçün ayrıca imtahan keçiriləcək”. Təhsil İdarəsinin rəsmisi qeyd edib ki, sınaq qiymətləndirilmənin nəticələrinin bu həftə ərzində açıqlanması nəzərdə tutulub: “Müəllimlər öz nəticələrini təhsil idarəsinin saytında yaradılacaq xüsusi bölmədə öyrənə biləcəklər. Nəticələrdə müəllimlərim ixtisas və kurrikulumla bağlı göstərdikləri cavabları, nəticələri göstəriləcək. Kommunikativ suallarla bağlı isə səhv və ya düz anlayışı yoxdur. Bu suallar müəllimlərin şagirdlərlə ünsiyyət qurma, özünü idarəetmə keyfiyyətləri və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını öyrənmək məqsədilə təqdim olunub”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























