Suriyada döyüşən 5 Azərbaycan vətəndaşı həbs edildi

Suriyada döyüşlərdə iştirak edən 5 Azərbaycan vətəndaşı həbs edilib.APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Balakişiyev Mehman Pirbala oğlu və onunla birlikdə Suriyada döyüşlərdə iştirak etmiş, hələlik adları açıqlanmayan dörd nəfər azərbaycanlı Suriyadan Türkiyəyə gələrkən həbs olunublar və Naxçıvan Muxtar Respublikasının hüquq-mühafizə orqanlarına təhvil veriliblər. Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























