Evlərini tərk edən koronavirus xəstələri saxlanıldı

Şabranda yaşadığı ünvanı tərk edən "COVID-19” xəstələri müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin – rayon sakinləri B.Aslanov və Z.Cavadovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.
Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və yenidən yaşadıqları ünvana gətiriliblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























