• $
  • €
  • ₽
  • ₺
  • £

Suqovuşana gedən yol minalardan təmizlənir

Suqovuşana gedən yol minalardan təmizlənir
29.11.2020 17:27
Tərtər rayonunun Suqovuşan kəndinə gedən avtomobil yolunun yenidən qurulması üçün ərazilərin minaladan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri davam edir.

Anews.az xəbər verir ki, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov jurnalistlərə müsahibəsində bildirib ki, təmizləmə işləri 3 istiqamətdə - əllə, mexaniki maşınlarla və minaaxtaran itlər vasitəsilə aparılır. Bu günədək 169 mina və partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. On kilometrlik yolun 8 kilometri artıq təmizlənib. Növbəti 3-4 gün ərzində isə yolun qalan hissəsi təmizlənərək təhvil veriləcək.

Ümumiyyətlə, sentyabrın 27-dən Agentlik tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 750 ədəd partlamamış hərbi sursat, 4500-ə yaxın piyada əleyhinə mina və 2000-ə yaxın tank əleyhinə mina aşkar edilərək götürülüb. Hazırda təmizlənməmiş ərazilərdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İ.İsmayılov bildirib ki, yaşayış məntəqələrinin təmizlənməsi 3-5, ərazilərin tamamilə təmizlənməsi isə 10 il müddətində nəzərdə tutulur. Qeyd edilən 10 il müddət dedikdə mina problemindən tamamilə azad olmaq, ucqar dağlıq ərazilərin, əkin, otlaq sahələrinin təmizlənməsi nəzərdə tutulur. İnsanların qayıdışı isə daha tez müddətdə həyata keçiriləcək

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol