Azərbaycanda misli görünməmiş parad olacaq

Silahlı Qüvvələrin yaranmasının növbəti ildönümü münasibətilə Azərbaycanda misli görünməmiş hərbi parad təşkil ediləcək.
Hərbi mənbələrdən “Qafqazinfo” ya daxil olan məlumata görə, bu dəfəki parad Azadlıq Meydanında deyil, ölkənin böyük hərbi poliqonlarından birində keçiriləcək.
Parad Şamaxıda Azərbaycanın ən böyük poliqonu olan Pur poliqonunda keçiriləcək. Azərbaycan bu dəfəki paradda bütün hərbi-texniki potensialını nümayiş etdirmək niyyətindədir. Paradda ilk dəfə olaraq ordu üçün alınan T 90 tankları nümayiş olunacaq.
Qeyd edək ki, bu, Zakir Həsənovun nazir postunda ilk paradı olacaq.
Xatırladaq ki, Azərbaycanda son illər Silahlı Qüvvələr Günü paradların keçirilməsi ənənəyə çevirilib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























