• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı bu çimərliyə getməyin! - VİDEO

Bakıdakı bu çimərliyə getməyin! - VİDEO
17.06.2014 09:15
Bu gün bəzi sahibkarlar natəmiz çimərlikləri bizə rəva bilir. Belə bir deyim var, həmişə təmizlikdə... Elə görünür, bəzi adamlar da bu deyimə sadiq qalıb yay gələn kimi üz tuturlar çimərliklərə. Təmiz suda çimdiklərini zənn edib, bu azmış kimi müxtəlif xəstəliklərin də daşıyıcısına çevrilirlər. ANS TV-nin məlumatina görə, elə sahilboyu antisanitar vəziyyətin hökm sürdüyü Şıx çimərliyindəki mənzərə də bunu deməyə əsas verir. Çimərliyin sahilində sellofan, plastik su qabları, hətta lazımsız geyimlərədək hər şeyi görmək olar. Nəzərə alsaq ki, bu tullantıların hər biri külək və dalğaların təsirilə dəniz suyuna gedib çıxır, o zaman sağlamlığımızın da ciddi təhlükə altında olduğunun fərqinə varmaq çətin deyil. Bir sözlə, öz əlimizlə özümüzə xəstəlik qazandırırıq. Bu mənzərədən ürəyi açılanlar da var, bulananlar da...İranlı turist Hüseyn İraninin sözlərinə görə, dəniz suyunda natəmizliyi hiss eləməyib: "Demək olar ki, mən hər il bura gəlirəm, suda natəmizliyi hiss etməmişəm. Yaxşıdır. Mənə görə pis deyil".İranlı qonaqdan fərqli olaraq paytaxt sakinləri üçünsə, bu cür antisanitar vəziyyət dözülməzdir. Tullantıların hara və necə gəldi atılması bir kənara, üstəlik üfunət iyi də onları təmiz havadan məhrum edib. Digər çimərlik sahələri özəlləşdirildiyi üçün məcbur olub bu şəraitdə istirahət edirlər.Antisanitar vəziyyət paytaxtdakı digər çimərliklərdə də müşahidə olunurdu.Çimərliyin sahilindəki zibil topaları monitorinqlərin nəticəsini bir daha sübuta yetirirdi. Bəlkə də elə bu səbəbdən idi ki, bəzi paytaxt sakinləri bura sadəcə dənizə tamaşa etməyə gəlmişdi, daha natəmiz suda çimməyə yox.Sahil çimərliyində çimən tək insanlar deyildi, həm də sahilboyu uşaqları gəzdirmək üçün nəzərdə tutulan at idi. Heç şübhəsiz bu cür mal-qaranın, atın və digər canlıların təmiz su hövzəsində çimməsi yolverilməzdir. Elə buna görə də Gigiyena və Epidemalogiya Mərkəzinin əməkdaşları dənizdə çimərək istirahət edən şəxsləri diqqətli olmağa çağırır.Hər halda məsləhətli don gen olar deyiblər. Odur ki, deyilənlərə əməl edin ki, bu istirahət sizin sağlamlığınız bahasına başa gəlməsin.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol