• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya XİN-dən Qarabağla bağlı AÇIQLAMA

Rusiya XİN-dən Qarabağla bağlı AÇIQLAMA
03.12.2020 17:33
"Dağlıq Qarabağ regionunda atəşkəsin pozulması halları qeydə alınmayıb”.


Anews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.


Onun sözlərinə görə, Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti monitorinq etməyə və atəşkəsə nəzarət etməyə davam edirlər: "Sülhməramlılar tərəfindən qaçqınların təhlükəsiz qayıdışı və mülki avto-nəqliyyatın hərəkətinin bərpası təmin olunub. Bundan başqa sülhməramlılarımız əraziləri minalardan təmizləyirlər”.


Rusiya XİN rəsmisi itkin düşən hərbçilərin axtarışı və həlak olanların cəsədlərinin dəyişdirilməsi barədə də danışıb. O, bunu həm Azərbaycan, həm də Ermənistan tərəfi üçün həssas məsələ adlandırıb, prosesin Rusiya sülhməramlılarının nəzarətində olduğunu söyləyib: "Sülhməramlılarımız müasir texniki vasitələrlə axtarışları davam etdirirlər. Dağlıq Qarabağda əsas humanitar məsələlər həll olunub. Azərbaycan və erməni tərəfinin strukturları ilə daim təmasdayıq”.


Zaxarova Dağlıq Qarabağa erməni qaçqınların qayıdışının təmin olunmasından da danışıb: "Noyabrın 14-dən bu günə kimi qayıdan qaçqınların sayı 30 minə çatır. Gündəlik olaraq 1000-2000 qaçqının qayıdışı təmin olunur. Bu istiqamətdə müvafiq beynəlxalq strukturlarla işləyirik”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol