• $
  • €
  • ₽
  • ₺
  • £

Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib

Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib
04.12.2020 10:06
COVID-19 pandemiyası səbəbindən çətin duruma düşmüş 2 nəfər azərbaycanlı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Vyetnam Sosialist Respublikasının Phu Quoç adasından Azərbaycana təxliyyə olunub.


Anews.az xəbər verir ki, Azərbaycan Respublikasının vətandaşları Nurəddin Cavadov və Hüseyn Mehtizadənin Dövlət Komitəsinə ünvanladıqları müraciətdə bildirilib ki, restoran sahəsində çalışmaq üçün 2020-ci ilin fevralından Vyetnamın Phu Quoç adasında məskunlaşsalar da, COVID-19 pandemiyası səbəbindən bütün planları pozulub və maddi baxımdan çətin duruma düşüblər.

 Məsələyə çevik reaksiya verən Dövlət Komitəsi soydaşlarımızla və Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyi ilə əlaqə saxlayaraq vətəndaşlarımızın ölkəmizə təxliyyəsi üçün mümkün aspektləri müzakirə edib. 

Pandemiya səbəbindən yaranmış çətinlikləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımıza maddi yardımın göstərilməsi üçün müvafiq vəsaiti Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyinin hesabına köçürüb və təxliyyə prosesi həyata keçirilib.

Artıq, hər iki vətəndaşımız – Nurəddin Cavadov və Hüseyn Mehtizadə Azərbaycana qayıdaraq ailələrinə qovuşublar. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızın hər bir müraciətinə həssas və diqqətlə yanaşır, mümkün dəstəyi göstərir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol