• $
  • €
  • ₽
  • ₺
  • £

Buraxılış imtahanında yenə biabırçılıq olub

Buraxılış imtahanında yenə biabırçılıq olub
16.06.2014 11:42

TQDK növbəti buraxılış imtahanının statistik nəticələrini açıqlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də keçirilmiş ilk buraxılış imtahanının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb.

 

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, iyunun 13-də IX və XI sinif şagirdlər üçün keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.

 

Buraxılış imtahanında 26 380 IX sinif şagirdi iştirak edib. Onlardan 1623-ü “Ana dili”, 2793-ü isə “Riyaziyyat” fənnindən “5 qiyməti alıb. Şagirdlərin 4052-si “Ana dili”, 3530-u “Riyaziyyat” fənnindən “4”, 11730-u “Ana dili”, 9721-i “Riyaziyyat” fənnindən “3”, 8975-i “Ana dili”, 10 336-sı isə “Riyaziyyat” fənnindən “2” qiyməti əldə edib.

 

İyunun 13-də 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 20 052 XI sinif şagirdi iştirak edib. Onlardan da 2890-ı “Ana dili” 2774-ü “Riyaziyyat” fənnindən “5”, 4046-sı “Ana dili”, 4416-sı “Riyaziyyat” fənnindən “4”, 7818-i “Ana dili”, 7471-i “Riyaziyyat” fənnindən “3”, 5298-i “Ana dili”, 5391-i isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb.

 

Qeyd edək ki, TQDK iyunun 13-də Naxçıvan Muxtar Respublikasında, həmçinin Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirib. Bu imtahanların nəticələri iyunun 15-də saat 13:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı komissiyanın internet saytı ilə yanaşı “Azercell”, “Bakcell” və “Nar Mobile” nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol