Facebook bu paylaşımları siləcək

Sosial şəbəkələrdə yeni növ koronavirus peyvəndləri haqqında səhv məlumat yerləşdirənlərin postları silinəcək.
Anews.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə "Facebook” açıqlama verib. Açıqlamada "Facebook” və "Instagram” sosial şəbəkələrində səhiyyə mütəxəssisləri tərəfindən təsdiqlənməyən məlumatların qeyd olunduğu paylaşımların silinəcəyi bildirilib. COVID-19 vaksinlərinin tərkibində yerləşdirilən mikroçip və əhalinin bəlli bir qisminin öz izni olmadan onlara vaksinin tətbiq edilməsi ilə bağlı paylaşılan postların da silinəcəyi bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























