İki şəhid anası Prezidentə müraciət etdi

Övladlarını I Qarabağ müharibəsində, vətən uğrunda savaşda itirmiş Gədəbəy rayon, Çobankənd kəndinin sakini Azərbaycan Prezidentinə müraciət edib.
O müraciətdə yazıb ki:
"Hörmətli Prezidentimiz cənab İlham Əliyev, Sizə iki şəhidin -Famil Əsgərov və Vasif İsgəndərovun anası olaraq yazıram:
Sizin sayənizdə torpaqlarımız azad edildi, tarixə qürurlu xalq kimi düşdük, amma gözümdən gələn yaşların səbəbi sevinc ilə yanaşı, övladlarımızın və böyük oğlum Familin şəhid olduğu Suqovuşanın da azad edilməsi, onun qanı qarışan torpaqların da azadlığa qovuşması oldu. Digər övladım-Gədəbəy uğrunda döyüşlərdə həlak olan Vasifin də ruhu sevinir.
ŞƏHİDLƏR anası kimi Tanrıdan Sizə can sağlığı, Azərbaycanın bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda apardığınız savaşda minnətdarlıq arzulayırıq.
Həmişə Sizin və dövlətimizin yanında olduğumuzu bildirir, böyük sərkərdə kimi düşmən üzərində 44 günlük müharibədə yeni tarix yazdığınız üçün daim xatırlanacaq addımınız üçün çox sağ olun deyirik. Allah Sizi, ordumuzu və xalqımızı qorusun".
Hörmətlə,
İsgəndərova Almaz Muxtar qızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























