Vətən müharibəsi dövründə psixoloji sarsıntı keçirən ailələrə dəstək və dərman preparatları verilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi şəhid ailələri, müharibədə yaralanmış şəxslər və onların ailə üzvlərinə psixoloji dəstək tədbirlərini davam etdirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, psixoloq və psixiatrlardan ibarət qruplar son günlərdə 712 ailə ilə görüşüblər.
Noyabrlın 19-dan fəaliyyətə başlayan "Onlayn psixoloji dəstək xidməti”nə (050 406 75 85) isə 200-yə yaxın zəng daxil olub.
Müraciətlərin məzmununa uyğun olaraq psixoloqlar vətəndaşlara dəstək yönümlü xidmətlər göstəriblər. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























