Ziya Məmmədov dövlət qurumunu cəzalandırdı

Nəqliyyat Nazirliyi (NN) “Bakıelektrikşəbəkə” ASC-yə inzibati qaydada tənbeh tətbiq edib.
Nazirlik ASC-nin əməkdaşlarını elektrik xətlərini çəkərkən avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmaqda günahlandırıb.
Nəticədə NN ASC-ni 4 min manat cərimələyib.
İnzibati Xətalar Məcəlləsinin 164-cü maddəsində hüquqi şəxslər üçün maksimum cərimə məhz 4 min manatdır. Yəni, NN “Bakıelektrikşəbəkə”ni maksumum məbləğdə cərimələyib.
“Bakıelektrikşəbəkə” ASC-nin hüquqşünasları cərimənin ləğv edilməsi üçün Nəsimi rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Qərardan apellyasiya şikayəti verilib.
Qafqazinfo.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























