Şəhid anası birdəfəlik yardımı Ordumuza bağışladı - FOTO

İkinci Qarabağ müharibəsində Füzulinin azad olunması istiqamətində gedən döyüşlərdə şəhid olan Kürdəmir rayonunun Karrar qəsəbəsinin sakini Zülfüqarov Məlik Kamran oğlunun anası şəhid üçün dövlət tərəfindən ayrılan vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.
Yeganə Ədilova 10 min manat məbləğində birdəfəlik yardımın Vətənimizin keşiyində duran əsgər və zabitlərə xərclənməsini daha düzgün hesab edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün dövlət başçısına da təşəkkür edib.
19 yaşlı şəhidimiz 21 oktyabrda doğulduğu qəsəbədə torpağa tapşırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























