Döyüşlərə könüllü gedib, şəhid olan prokurorluq işçisi - VİDEO

O, öz adını yaddaqalan hesab edirdi. Sanki günün birində şəhid olacağını, bu dünyadan vaxtsız köçəcəyini bilirdi. Yəqin elə buna görə hələ dünyaya gəlməmiş qardaşı oğluna adının verilməsini istəmişdi. Bəli, dekabrın 3-də dünyaya daha bir Yüksəl adlı oğul gəldi. 24 yaşlı əmi Yüksəl Əlizadə isə o zaman artıq şəhidlik zirvəsinə yüksəlmişdi.
"Qafqazinfo” xəbər verir ki, şəhid qəhrəman Y. Əlizadə 1996-cı ilin iyunun 5-də prokuror İlqar Əliyevin ailəsində dünyaya göz açıb. Atası İ. Əliyev 2017-ci ildə dünyasını dəyişib. Ailədə üç qardaş olublar, Yüksəl evin ən kiçik oğlu idi. O, Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əvvəlcə Gəncə İnzibati-İqtisad məhkəməsində, son olaraq isə Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib.
Ailəsi 11 gün ondan xəbər ala bilməyib. 19 noyabr tarixində isə ailəsinə Yüksəlin şəhid olduğu xəbəri verilir. Qəhrəmanım 20 noyabrda Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılır.
Hazırda Baş Prokurorluqda dövlət ittihamçısı vəzifəsində çalışan ailənin böyük qardaşı Aqil Əlizadə "bildirib ki, Yüksəllə sonuncu dəfə 8 noyabr tarixində danışıblar:
"Ailəmizi Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik etdi. Əsas danışığımız bu məsələ ətrafında oldu. Demək olar ki, günaşırı bizimlə əlaqə saxlayıb. Əhval-ruhiyyəsi də həmişə yaxşı olub. O qədər fərqli uşaq idi ki, daim irəli gedib nəticə əldə etməyə can atardı. Həmişə şad xəbərləri biz ondan eşidərdik. Sevinə-sevinə zəng vurub deyirdi ki, bu gün filan nailiyyətləri əldə etdik.
Aqil Əlizadə qeyd edib ki, Yüksəl subay olub:
"Dekabrın 3-də övladım dünyaya gəldi. Onun adını Yüksəl qoyduq. Yüksəl hətta müharibəyə getməmişdən qabaq iyun ayında bizə demişdi ki, oğlunuzun adını Yüksəl qoyarsınız. Çox vətənpərvər oğul idi. 2014-cu ildən etibarən sosial şəbəkə hesablarında müharibəylə bağlı postlar paylaşıb. Xüsusilə Qarabağ şəhidləri, qaziləri və şəhid anaları ilə bağlı paylaşımlar edirdi. Bu qısa müddətdə onunla bağlı çoxlu videoçarxlar çəkilib, dostları onun xatirəsinə şeirlər yazıblar. Yaralı döyüş yoldaşları Yüksəlin bu müddətdə göstərdiyi şücaətlər barədə bizə çox danışıblar”.
Məqamın yüksək olsun Şəhidim!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























