• $
  • €
  • ₽
  • ₺
  • £

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTOLAR

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTOLAR
07.12.2020 16:40
Vətən müharibəsi zamanı adını qəlblərə daimi yazdıran şəhidlərimizdən biri də gizir Turan Məmmədlidir.

AZƏRTAC xəbər verir ki, Ağstafanın Göycəli kəndində doğulub boya-başa çatmış şəhid gizir Turan Məmmədli Vətən müharibəsində Füzulidən Cəbrayıladək döyüş yolu keçib. Turan Cəbrayıl ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Bu gün onun ailəsini ziyarətə döyüş yoldaşları da gəlib.

44 günlük müharibədə ayağını itirən döyüş yoldaşı Nurlan Məmmədli Turanın əsl dost, vətənpərvər, gülərüz, döyüşkən ruhlu hərbçi olduğunu deyir. "Turanla bir döyüşə girdik. Onun üzündən heç zaman təbəssüm əksik olmurdu. Qələbədən sonra ilk işi toy etmək olacaqdı. Döyüşlər başlamamışdan qabaq toyunun vaxtını planlaşdırmışdı. Hər ikimizin məzuniyyəti qalmışdı. Mənə döyüşdən qabaq telefonunun kodunu dedi. Ürəyinə dammışdı şəhid olacağı...” – deyə, Nurlan bildirir.

Şəhidin atası Raqif Məmmədov deyir ki, o, oğlanlarının hələ kiçik yaşları olandan hərbçi olmalarını arzulayıb. Onları hərbi ruhda böyüdüb: "Vətəni qorumaq, işğal altındakı torpaqları düşməndən xilas etmək hər bir valideynin şərəfidir. Əgər onun övladı döyüşürsə, bu, valideynin baş ucalığıdır. Mənim 3 oğul övladım var. Onun ikisi hərbçi olub. Biri ehtiyatda olan gizirdir”.

Onu da deyək ki, şəhid Turan Məmmədlinin həyatında 7 rəqəmi xüsusi önəm daşıyıb. Belə ki, dekabrın 7-si, yəni bu gün onun doğum günüdür. 27 yaşı olacaqdı... Oktyabrın 7-də şəhidlik zirvəsinə yüksəlib. Noyabrın 7-də isə nişanı olub. Toyunu da qələbədən sonra etməyi planlaşdırmışdı. Allah rəhmət eləsin!




 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol