Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTOLAR

Vətən müharibəsi zamanı adını qəlblərə daimi yazdıran şəhidlərimizdən biri də gizir Turan Məmmədlidir.
AZƏRTAC xəbər verir ki, Ağstafanın Göycəli kəndində doğulub boya-başa çatmış şəhid gizir Turan Məmmədli Vətən müharibəsində Füzulidən Cəbrayıladək döyüş yolu keçib. Turan Cəbrayıl ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Bu gün onun ailəsini ziyarətə döyüş yoldaşları da gəlib.
Şəhidin atası Raqif Məmmədov deyir ki, o, oğlanlarının hələ kiçik yaşları olandan hərbçi olmalarını arzulayıb. Onları hərbi ruhda böyüdüb: "Vətəni qorumaq, işğal altındakı torpaqları düşməndən xilas etmək hər bir valideynin şərəfidir. Əgər onun övladı döyüşürsə, bu, valideynin baş ucalığıdır. Mənim 3 oğul övladım var. Onun ikisi hərbçi olub. Biri ehtiyatda olan gizirdir”.
Onu da deyək ki, şəhid Turan Məmmədlinin həyatında 7 rəqəmi xüsusi önəm daşıyıb. Belə ki, dekabrın 7-si, yəni bu gün onun doğum günüdür. 27 yaşı olacaqdı... Oktyabrın 7-də şəhidlik zirvəsinə yüksəlib. Noyabrın 7-də isə nişanı olub. Toyunu da qələbədən sonra etməyi planlaşdırmışdı. Allah rəhmət eləsin!




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























