Bəzi koronavirus xəstələri barəsində cinayət işi başlanıb

Daxili işlər orqanları tərəfindən "COVID-19” xəstələrinin özünütəcrid qaydalarına riayət etməsi nəzərətdə saxlanılmaqla aktiv koronavirus xəstələrinə nəzarət-profilaktik tədbirlər gücləndirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, lakin virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.
Onlar barəsində toplanan materiallar müvafiq rayon polis idarələrinin istintaq şöbələrinə göndərilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























