Azercell şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışladı

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu şanlı tarix yazaraq möhtəşəm Qələbəni əldə etdi. "Azercell Telekom” MMC də qələbənin əsas qəhrəmanı olan Azərbaycan əsgəri və zabitləri üçün güzəşt təşəbbüsünü gerçəkləşdirir.
Ordumuza ehtiram əlaməti olaraq elan edilən yeni təşəbbüs çərçivəsində müharibədə şəhid olan və yaralanan Azercell-in Fakturalı Xətt abunəçiləri olan qəhrəman vətən övladlarının 07.12.2020-ci il tarixinə olan borcları tam şəkildə bağışlanır. Bununla yanası, səfərbərlik çağırışı əsasında aktiv döyüş əməliyyatlarında iştirak edən Azercell abunəçilərinin borclarının ödənilməsinə təxris olunacaqları vaxtadək möhlət verilir.
- Azercell müştəri xidmətlərinə e-mail ([email protected], [email protected]) vasitəsilə müraciət etmək mümkündür. Bu zaman yuxarıda qeyd edilən sənədlərin skan surəti müraciətə əlavə edilməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























