İçərisidə azərbaycanlının da olduğu gəmi girov götürülüb
Liviyanın şərqində Türkiyəyə məxsus "Mebruka” yük gəmisi qanunsuz fəaliyyət göstərən Liviya Milli Ordusunun başçısı Xəlifə Haftarın qüvvələri tərəfindən ələ keçirilib.
Bu barədə Xəlifə Haftarın sözçüsü Əhməd Əl-Mismari məlumat verib.
Gəmi "qadağan olunmuş əraziyə girmək və çağırışlara cavab verməmək” iddiası ilə Ras əl-Hilal limanına aparılıb.
Gəminin ekipaj üzvlərinin dənizçilik qaydalarına və qanunlarına zidd hərəkət etdiyi üçün istintaq və nəzarət altında olduğu vurğulanıb.
Bundan əlavə, Mismari gəminin dərman daşıdığını, orada silah olmadığını etiraf etsə də, yasaq bölgəyə girdiyini deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























