• $
  • €
  • ₽
  • ₺
  • £

İnsanlar təcrid qaydalarına etinasız yanaşırlar - Baş infeksionist

İnsanlar təcrid qaydalarına etinasız yanaşırlar - Baş infeksionist
08.12.2020 21:30
Aparılan karantin tədbirlərinə baxmayaraq təəssüflə qeyd olunmalıdır ki, epidemioloji durum son həftələr pisləşməkdə davam edir. Yoluxmaların sayı artdıqca istənilən şəxsin yaşadığı, işlədiyi yerdə, xüsusən də müxtəlif fəaliyyəti ilə bağlı qapalı mühitlərdə virusun potensial gəzdiriciləri ilə təmas ehtimalı artır.

Anews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, vəziyyəti pisləşdirən hallar ondan ibarətdir ki, özündə xəstəliyin olduğunu bilən və ya ən azı güman edən, xəstələrlə təmasda olan şəxslər də özlərini təcrid qaydalarına etinasız yanaşaraq həm yaxınlarını, həm də evdən bayıra çıxmaqla digərlərinin həyatını təhlükəyə atırlar.

Belə məsuliyyətsiz insanlara bir daha onu demək istərdik ki, bu yolverilməzdir və yoluxma zənciri böyüdükcə infeksiya bumeranq effekti ilə qayıdaraq bu dəfə sizlərin ən əziz insanları da qurban seçə bilər. Məhz belə bir şəraitdə fərdi qoruyucu vasitələrdən düzgün və hamılıqla istifadə edərək maksimum yararlanmaq çox vacibdir:

"Bilmək lazımdır ki, heç bir şəxs bu infeksiyaya yoluxmadan sığortalı deyil. Ona görə də özümüzü qorumaqla həm yaxınlarımızı, həm də bütünlükdə xalqımızı qorumuş olarıq. Gəlin məsulliyyətli olaq, qoruyucu vasitələrdən hamılıqla və düzgün istifadə edək, özümüzü, yaxınlarımızı qoruyaq, təmaslarımızı azaldaq, xəstəlik əlamətləri hiss etdikdə özümüzü təcrid edərək həkimə müraciət edək və digərlərinin həyatını risqə atmayaq".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol