Evdə özünü təcridlə bağlı təcili yardıma zəng etmək yolverilməzdir - Səhiyyə Nazirliyi

Evdə özünü təcrid, digər qoruyucu tədbirlərlə bağlı təcili yardıma zəng etmək yolverilməzdir.
Anews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
O qeyd edib ki, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqında müxtəlif suallar məhz poliklinik həkim və tibb işçiləri ilə müzakirə oluna bilər.
Bu məqsədlər üçün təcili yardıma zəng etmək yolverilməzdir və həmin xidmətin və onun əlaqə vasitələrinin izafi yüklənməsinə səbəb olur. Təcili yardıma yalnız davam edən yüksək qızdırma, xəstənin vəziyyəti qəfil pisləşən zaman, boğulma halları və s. zamanı müraciət edilməlidir:
"Bəzi hallarda evdə müalicə alan koronavirus xəstələrində vəziyyətin pisləşməsi zamanı poliklinika tərəfindən də təcili yardım çağırıla bilər. Nəzərə almaq lazımdır ki, təcili yardımın hər bir əsassız çağrışı hansısa bir ağır xəstəyə göstəriləcək zəruri tibbi yardımın geçikməsinə səbəb olur".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























