Operativ Qərargahdan vətəndaşlara MÜRACİƏT

Nazirlər Kabineti yanında Operativ Qərargah vətəndaşlara müraciət edib.
Anews.az xəbər verir ki, müraciətedə qeyd edilib ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.
Hazırkı dövrdə ciddi zərurət yaranmadıqda ictimai yerlərdə olmamaq, digər şəxslərlə yaxın təmaslardan yayınmaq, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etmək, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək zəruridir. Eləcə də xəstəliyin ilkin əlamətlərini hiss etdikdə özünütəcrid tələblərinə ciddi riayət etməyə, zəruri müalicə tədbirlərinin həyata keçirilməsinə çağırırıq", - Operativ Qərargahdan bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























