• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı Qamətdən İŞİD-in ordusunda döyüşən azərbaycanlılara ÇAĞIRIŞ

Hacı Qamətdən İŞİD-in ordusunda döyüşən azərbaycanlılara ÇAĞIRIŞ
14.06.2014 18:38
“İraq Şam İslam Dövlətinin Mosul, Tikrit şəhərlərini zəbt edib Bağdada doğru irəliləməsi müvəqqəti bir oyundur. Onlar sadəcə siyasi meydanda bəzi qüvvələrin əmr və tapşırıqlarını icra edən qüvvədir”.
 Bunu Modern.az saytına açıqlamasında Bakıdakı “Əbu Bəkr” məscidinin imamı, Azərbaycan sələfilərinin liderlərindən biri Hacı Qamət Süleymanov İraq Şam İslam Dövlətinin  (İŞİD) təhlükələrindən danışarkən deyib. O bildirib ki, İŞİD-in Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşməsindən sonra İraqda peyda olması bir sıra suallar doğurur. Hacı Qamət  Süleymanovun sözlərinə görə İŞİD-in Bəşər Əsədi kənara qoyub, İraqda təxribatlar yaratmasında müəyyən qüvvələrin əli var. O, İŞİD-in Azərbaycana təhlükə yarada biləcəyini isə düşünmür.
“İraqda siyasi ab-havanı dəyişmək üçün İŞİD-dən istifadə edirlər. Bu, müəyyən bir müddətə İraqdakı bəzi siyasi qüvvələrə də sərf edir. Onlar İraqdan o yana keçə bilməyəcəklər. Onların işləri İraqda bitəcək”. 
“Əbu Bəkr” məscidinin imamı  dindarlar başda olmaqla, bütün Azərbaycan cəmiyyətini İŞİD təxribatlarına və bəyanatlarına uymamağa çağırıb.
“Tövsiyə edirəm ki, onların çıxışlarına, bəyanatlarına məhəl qoymasınlar. Dini, Quranı düzgün öyrənsinlər, Allaha ibadət etsinlər. Qarşıdan da Ramazan ayı gəlir. Bu ayda tövbə etsinlər”.
Qeyd edək ki, İŞİD-in xəritəsində hədəfləri açıqlanıb. Azərbaycanın da olduğu qara xəritədə İŞİD-in şəriət dövləti quracağı bəyan edilir. Milli Təhlükəsizlik Nazirliyi isə Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün əməliyyat şəraitinə nəzarət olunduğunu bildirib.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol