Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85%-ə çatdırıb

Keyfiyyətli və sürətli mobil internet xidmətləri ilə daima öndə olan "Azercell Telekom” ötən ilin əvvəlindən etibarən ölkəmizdə LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirməkdədir. Bu müddət ərzində Azercell şəbəkənin əhatə dairəsinin kifayət qədər genişlənməsinə, abunəçilərini təkcə paytaxtda deyil, regionlarda da keyfiyyətli xidmətlə təmin etməyə nail olub. Rəqəmlər də bunu sübut edir.
2019-cu il yanvarın 1-dən bu il noyabrın 1-dək Azərbaycanda Azercell-in LTE şəbəkəsinin əhali əhatə dairəsi 35.9%-dən 85%-ə yüksəlib. Bu müddət ərzində LTE üzərindən çalışan baza stansiyalarının sayı da sürətlə artırılıb. Belə ki, bu texnologiya üzərindən çalışan ümumi radio baza stansiyalarının sayı 828-dən 2616-ya yüksəlib. Təkcə 2020-ci ilin 10 ayı ərzində 721 belə stansiya istifadəyə verilib.
Azercell-in LTE şəbəkəsinin coğrafi əhatə dairəsi isə 2019-cu ilin yanvar ayından cari ilin 1 oktyabr tarixinə kimi 30.3%-dən 69.5%-ə çatdırılıb. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilib. Bura həmçinin müzəffər Ordumuzun rəşadəti sayəsində işğaldan azad edilmiş bölgələr də daxildir. "Azercell Telekom” MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun, eləcə də Qarabağın tacı sayılan Şuşada dördüncü nəsil LTE mobil stansiyalarının quraşdırılmasına başlayan ilk şirkətdir.
Azercell artıq bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə ölkənin digər mobil operatorlarından üstün olduğunu təsdiqləyib. Bunu "Systemics” Avropa şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testinin nəticələri təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericcson-un apardığı bençmarkinq araşdırmaları da LTE şəbəkəsinin sürətinə görə Azercell-in "Öz sinfində” ("Best in class”) ən yaxşı operatorlardan biri olduğunu sübut edib.
LTE şəbəkəsinin təkmilləşdirilməsinin məqsədi abunəçilərin gündəlik rabitə ehtiyaclarını operativ və daha keyfiyyətli şəkildə ödəməkdir. Azercell-in təqdim etdiyi LTE xidmətində böyük irəliləyişlər olduğundan, şəbəkədən istifadəçi sayı əhəmiyyətli dərəcədə yüksəlməkdədir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























