• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən "Zəfər parad"ı ilə bağlı növbəti MÜRACİƏT

Yol polisindən "Zəfər parad"ı ilə bağlı növbəti MÜRACİƏT
09.12.2020 12:06
Bakı şəhər Dövlət Yol Polis İdarəsi növbəti dəfə əhaliyə və avtomobil sahiblərinə müraciət edib.

İdarədən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, 10 dekabr tarixində Bakının mərkəzi olan Azadlıq meydanında keçiriləcək "Zəfər paradı” ilə əlaqədar texnikaların hərəkəti və hərbi yürüş Nobel prospektindən başlayaraq Ağ Şəhər Bulvarına bitişik ərazidən keçərək Dəniz vağzalı, Azadlıq Meydanı, Dənizkənarı Bulvar boyu, Neftçilər Prospekti, Azneft Meydanı, Bayıl qəsəbəsi və Bibiheybət məscidi istiqaməti üzrə nəzərdə tutulub.

Keçirilən tədbirlərin təhlükəsizliyinin təmini, parad iştirakçılarının sərbəst hərəkətinin təşkil edilməsi məqsədilə Azadlıq meydanı istiqamətinə paralel və kəsişən bütün küçə və prospektlərdə avtomobil hərəkətinə tam məhdudiyyət qoyulacaq. 

Belə ki, tədbir tam başa çatanadək həmin istiqamətlər üzrə:
- Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü Kənar Dairəvi yol istiqamətinə;
- Bayıl qəsəbəsi Su İdmanı Sarayı yanından Xanlar küçəsinə;
- Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından Q. Abbasov və Saraykin küçəsinə?
- M. Hüseyn, T. Elçin, Lermontov, İstiqlaliyyət və Niyazi küçələrindən Azərbaycan prospektinə;
- Nobel prospekti N. Rəfiyev küçəsi kəsişməsindən Babək prospektinə;
- A. Cəlilov küçəsinin A. İsmayılov, N. Əliyev, F. Bayramov və Y. Səfərov küçələri ilə 10-cu zavod dairəsinə;
- Y. Səfərov, Ə. Quliyev və 28 May küçələri kəsişməsindən D. Əliyeva küçəsi istiqamətinə;
- 28 May küçəsinin R. Zorge, K. Səfərəliyeva, Puşkin, S. Vurğun, R. Behbudov küçələri, Azadlıq və Bülbül prsopektləri kəsişməsindən A. Bakıxanov və Füzuli istiqamətinə hərəkət müəyyənləşdirilir.
Yol hərəkəti iştirakçılarına bildirilir ki, həmin istiqamətlər üzrə şəxsi avtomobildən istifadə süni sıxlığın və tıxacların yaranmasına səbəb ola bilər.
Bir daha xahiş olunur ki, ölkə əhəmiyyətli tədbirinin yüksək səviyyədə keçirilməsi üçün qaydalara riayət edilsin.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol