• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni mərkəz yaradılacaq - RƏSMİ

Azərbaycanda yeni mərkəz yaradılacaq - RƏSMİ
09.12.2020 12:53
Azərbaycanda  publik hüquqi şəxs statuslu "Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” yaradılacaq.

Anews.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” 8 dekabr 2020-ci il tarixli fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti Səhiyyə Nazirliyinin tabeliyində "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq, əlaqələndirici qurumun səlahiyyətlərini həyata keçirən publik hüquqi şəxs statuslu "Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”ni 6 ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.


Koordinasiya Mərkəzinin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə ediləcək:

Nazirlər Kabinetinə
 

-Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Koordinasiya Mərkəzinin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;


- strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi;

- idarəetmə orqanlarının yaradılması;

- Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla yenidən təşkili və ləğvi.


Səhiyyə Nazirliyinə:


- Qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında”  qanunda publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol